...

82 yaşlı İrlandiya prezidenti xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 1 Mart 2024 11:26 (UTC +04:00)
82 yaşlı İrlandiya prezidenti xəstəxanaya yerləşdirilib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İrlandiya prezidenti Maykl Higgins özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə İrlandiyanın yerli "RTE" telekanalı məlumat yayıb.

Məlumata görə, həkimlər 82 yaşlı prezidenti əvvəlcə Dublində şəhərində yerləşən Feniks Parkdakı iqamətgahında müayinə ediblər. İlkin müayinə narahatlıq doğurmasa da, əlavə müayinələr üçün prezident xəstəxanaya yerləşdirilib.

Prezidentin səhhəti barədə əlavə məlumat daha sonra ictimaiyyətə açıqlanacaq. Onun hazırda çox yaxşı əhval-ruhiyyədə olduğu və göstərdikləri tibbi yardım üçün tibbi personala minnətdarlıq etdiyi qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti