...

ABŞ Hərbi Hava Qüvvələri süni intellektə malik pilotsuz qırıcıları alacaq

Dünya xəbərləri Materials 4 Mart 2024 02:02 (UTC +04:00)
ABŞ Hərbi Hava Qüvvələri süni intellektə malik pilotsuz qırıcıları alacaq

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri süni intellekt (AI) ilə təchiz edilmiş minə yaxın pilotsuz döyüş təyyarəsi istehsalı proqramı üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, proqramın büdcəsi 6 milyard dollar həcmində qiymətləndirilir. Pentaqon bu məbləğə min pilotsuz qırıcı sifariş etməyi nəzərdə tutur və yüzlərlə belə dron yaxın 5 il ərzində ABŞ Hərbi Hava Qüvvələrinin xidmətinə daxil ola bilər.

Məqsəd dronların “F-35” qırıcıları və “B-21” bombardmançıları kimi ekipajlı təyyarələri müşayiət etmək və qorumaqdır. Bundan əlavə, onlar öz silahlarını daşıya, yerdəki digər təyyarələrə və hədəflərə zərbələr endirə, həmçinin kəşfiyyat funksiyalarını yerinə yetirə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti