Bakı. Trend:
İndoneziyanın Qərbi Sumatra vilayətində daşqınlar nəticəsində 19 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi İndoneziyanın təbii fəlakətlərin idarə edilməsi və nəticələrinin azaldılması agentliyinin sözçüsü Muharrindo İdvana istinadən xəbər verib.
"Ölənlərin çoxu Pesisir-Selatan rayonunda tapılıb. Orada ümumilikdə 16 cəsəd tapılıb, daha 7 nəfər isə tapılmayıb. Ölənlərin qalan hissəsi Pariaman rayonunda aşkar edilib", - deyə o bildirib.
O qeyd edib ki, güclü su axınları 16 körpünü uçuraraq aparıb. Daşqınlar nəticəsində yollar bağlanıb və evlər uçub, bu da zərərçəkənlərə yardımın paylanmasını çətinləşdirib.