...

THY 10 ildən sonra Liviyaya uçuşlara başlayacaq

Dünya xəbərləri Materials 24 Mart 2024 17:05 (UTC +04:00)
THY 10 ildən sonra Liviyaya uçuşlara başlayacaq

Bakı. Trend:

Türk Hava Yolları 10 ildən sonra Liviyaya uçuşlara başlayacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Liviyanın baş naziri Əbdülhəmid Dibeybe sosial media hesabından açıqlama verib.

“Təxminən 10 illik fasilədən sonra Türk Hava Yolları (THY) gələn həftədən etibarən Liviyaya uçuşları bərpa edəcək” – deyə baş nazir qeyd edib.

Dibeybe, THY-nin Liviyaya uçuşlara başlamasının ölkəsindəki sabitliyin göstəricisi olduğuna diqqət çəkib.

O, bu addımın atılmasına verdiyi töhfəyə görə Mülki Aviasiya İdarəsinə və ölkəsinin bütün aidiyyatı qurumlarına təşəkkürünü bildirib.

THY-nin baş direktoru Bilal Ekşi qeyd edib ki, Liviyaya həftədə üç uçuş həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti