...

Türkiyənin səkkiz vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib – Ali Yerlikaya

Dünya xəbərləri Materials 24 Mart 2024 18:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin səkkiz vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya öz social media hesabından bildirib.

O qeyd edib ki, İŞİD-ə qarşı həyata keçirilən "BOZDOĞAN-16" əməliyyatlarında 40 şübhəli ələ keçirilib.

“1 iyun 2023-cü il - 23 mart 2024-cü il tarixləri arasında İŞİD Terror Təşkilatına qarşı ümumilikdə 1 316 əməliyyat həyata keçirdik. Əməliyyatlar zamanı 2 min 733 şübhəli tutulub. Bunlardan 692 nəfəri həbs edilib, 529-u barəsində məhkəmə nəzarəti qərarı verilib” – deyə Yerlikaya bildirib.

Ali Yerlikaya qeyd edib ki, heç bir terrorçuya qarşı dözümlülük nümayiş edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti