...

"Crocus City Hall"da terror aktı baş verən yerdə axtarış əməliyyatı martın 26-dək uzadılıb

Dünya xəbərləri Materials 25 Mart 2024 14:02 (UTC +04:00)
"Crocus City Hall"da terror aktı baş verən yerdə axtarış əməliyyatı martın 26-dək uzadılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Crocus City Hall"da terror aktı baş verən yerdə axtarış əməliyyatı martın 26-sı saat 17:00-dək uzadılıb.

Trend-in məlumatına görə, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov "Rossiya-24" telekanalının görüntülərini nümayiş etdirən operativ qərargahın iclasında bildirib.

"Axtarış əməliyyatı növbəti gün saat 17:00-a qədər uzadılıb", - o vurğulayıb.

Qeyd edək ki, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall"da naməlum şəxslər pulemyotlardan atəş açmağa başlayıb. Hadisə "Piknik" qrupunun konserti başlamazdan əvvəl baş verib.

Rusiya İstintaq Komitəsi baş verən terror aktında ölənlərin sayının 137 nəfərə çatdığını bildirib. Ölənlərdən 68-nin şəxsiyyəti müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti