...

Türkiyədə ağır qəza - Bir ailənin altı üzvü öldü

Dünya xəbərləri Materials 26 Mart 2024 17:00 (UTC +04:00)
Türkiyədə ağır qəza - Bir ailənin altı üzvü öldü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, qəza nəticəsində eyni ailənin altı üzvü həyatını itirib, bir sərnişin xəsarət alıb.

Trend xəbər verir ki, hadisə Hatayın Dörtyol rayonunda qoşqulu yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində meydana gəlib.

Hadisə yerinə çox sayda təcili tibbi yardım avtomobilləri, polis əməkdaşları və xilasedici qruplar cəlb olunub.

Qəza ilə bağlı araşdırma başlayıb, qoşqulu yük avtomobilinin sürücüsü saxlanılıb.

Xəbər lenti

Xəbər lenti