...

"Crocus City Hall"da xəsarət alanların sayı 382 nəfərə çatıb

Dünya xəbərləri Materials 29 Mart 2024 12:05 (UTC +04:00)
"Crocus City Hall"da xəsarət alanların sayı 382 nəfərə çatıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

"Crocus City Hall"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 382 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Xəsarət alanların içərisində 9 uşağın olduğu bildirilib. 217 nəfərə ambulator yardım göstərilib.

Qeyd edək ki, bundan əvvəl hadisə nəticəsində 165 nəfər xəstəxanaya yerləşdirilmişdi, bunlardan 96 nəfər artıq evə buraxılıb.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti