...

Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalmağa davam edir - Rusiya XİN

Dünya xəbərləri Materials 3 Aprel 2024 17:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalmağa davam edir.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

"KTMT-yə üzv olan ölkələr arasında yalnız birinin gah KTMT-nin ondan uzaqlaşdığı, gah özünün təşkilatdan çıxdığı, gah təşkilata üzv olduğu, gah da üzvlüyünü dondurduğu barədə danışan bir ölkə tanıyıram. Biz bunu yalnız İrəvandakı hakimiyyətdən eşidirik.

Məsələ burasındadır ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalmağa davam edir. Həmçinin, KTMT nizamnaməsi, 2011-ci ildə liderlər tərəfindən imzalanmış müvafiq protokola əsasən, KTMT-yə üzv ölkələr öz ərazilərində üçüncü ölkələrin qoşun qrupları və xarici infrastruktur obyektlərini yerləşdirmək barədə qərarı yalnız birliyin digər üzv ölkələri ilə təcili məsləhətləşmələrdən sonra qəbul edə bilər", - o deyib.

Təşkilat çərçivəsində öhdəliklərin pozulmasının dövlətlər üçün nəticələrinə gəlincə, Zaxarova onların da dəqiq qeyd olunduğunu bildirib.

"Söhbət Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə bu dövlətin KTMT orqanlarında fəliyyətinin dayandırılmasından gedə bilər, hətta ölkə birlikdən çıxarıla da bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistan parlamenti Aİ ilə təşkilatın Azərbaycanla sərhəddəki mülki müşahidə missiyasının statusu barədə sazişi ratifikasiya edib. Saziş Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini tənzimləyir, eləcə də, missiyanın ölkə ərazisində funksiyalarını müəyyən edir. Missiyanın üzvləri saxlanıla və ya həbs oluna bilməz, şəxsi heyət qəbul edən ölkədə cinayət təqibindən toxunulmazlığa malikdir. Həmçinin, Aİ müşahidəçilərinin obyektləri də toxunulmazdır.

Bundan başqa, Aİ müşahidəçiləri gömrük prosedurlarından, viza və miqrasiya tələblərindən azaddır. Onlar bütün ölkə ərazisində sərbəst və məhdudiyyətsiz hərəkət etmək hüququ əldə edirlər.

Aİ-nin Ermənistanda monitorinq missiyası 2023-cü il yanvarın 23-də öz işinə başlayıb. Missiyanın əməkdaşlarının sayı əvvəlcə 100 nəfər olub. Dekabrın 11-də isə əməkdaşların sayını 209 nəfərə qədər artırmaq barədə qərar qəbul olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti