...

Türkiyədə avtomobil qəzasında yeddi nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 4 Aprel 2024 04:55 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Tekirdağ bölgəsində baş verən avtomobil qəzasında yeddi nəfər xəsarət alıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, hadisə iki avtomobilin toqquşması nəticəsində baş verib.

Hadisə yerinə təcili tibbi yardım, polis qrupları cəlb edilib.

Qəzada yaralananlar tez bir zamanda xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti