...

Gürcüstan NATO-nun hərbi dəniz təlimlərində iştirak edəcək

Dünya xəbərləri Materials 7 Aprel 2024 08:54 (UTC +04:00)
Gürcüstan NATO-nun hərbi dəniz təlimlərində iştirak edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan NATO-ya üzv 12 ölkə və tərəfdaşla birlikdə “Sea Shield 24” beynəlxalq dəniz təlimində iştirak edəcək. Təlimlər aprelin 8-dən 21-dək Rumıniyada keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Ruminiya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, təlimlərdə Gürcüstan və Rumıniya ilə yanaşı, Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa da iştirak edəcək.

Bildirilib ki, manevrlər Qara dəniz və Dunay çayında keçiriləcək və onlara 2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika cəlb olunacaq. Təlim ssenarisi axtarış-xilasetmə əməliyyatlarının aparılmasını, dəniz və çayda qeyri-qanuni fəaliyyətlərlə mübarizəni, qəza vəziyyətində olan gəmilərə yardımın göstərilməsini və kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti