Bakı. Trend:
Türkiyənin müxalif İYİ Partiyasının sədri Meral Akşener partiyanın aprelin 27-də keçiriləcək növbəti qurultayında sədrliyə namizəd olmayacağını açıqlayıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Meral Akşenerin açıqlamasının ardınca partiyanın Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputatı Müsavat Dervişoğlu və İmmiqrasiya siyasəti üzrə sədr müavini Mehmet Tolqa Akalın namizəd olacağını açıqlayıblar.
Bundan başqa, İYİ Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Koray Aydın da sosial şəbəkə hesabında partiya sədrliyinə namizədliyini irəli sürəcəyini bildirib.