Bakı. Trend:
Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Ukraynanın NATO-ya daxil olmasının Rusiya üçün tamamilə qəbuledilməz olduğunu deyib.
Trend xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.
"Ukraynanın NATO-ya daxil olması heç bir halda bizim üçün qəbuledilən deyil. Bu, Rusiyanın milli təhlükəsizliyi üçün təhdiddir", - deyə səfir bildirib.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayının sonunda Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmaq üçün sürətləndirilmiş qaydada müraciət edəcəyini bildirib. Bununla belə, NATO baş katibi Yens Stoltenberq Ukraynanın münaqişə vəziyyətində olduğu müddətcə İttifaqın tamhüquqlu üzvü ola biləcəyini istisna edib.