...

Cibuti sahillərində gəmi batıb

Dünya xəbərləri Materials 9 Aprel 2024 23:02 (UTC +04:00)
Cibuti sahillərində gəmi batıb

Bakı. Trend:

Cibuti sahillərində gəminin batması nəticəsində azı 38 miqrant ölüb.

Trend-in məlumatına görə, bu barədə Cənubi Afrikanın "SABC" radio stansiyası Beynəlxalq Miqrasiya Təşkilatına istinadən bildirib.

Məlumata əsasən, 22 nəfər xilas edilib, daha 6 nəfər itkin düşmüş hesab olunur. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Bildirilib ki, ölənlərin hamısı Efiopiya vətəndaşlarıdır. Batan gəmi Afrika sahillərindən Yəmən istiqamətində hərəkət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti