...

Böyük Britaniya İsrailin təhlükəsizliyini qorumağa davam edəcək - Rişi Sunak

Dünya xəbərləri Materials 14 Aprel 2024 02:07 (UTC +04:00)
Böyük Britaniya İsrailin təhlükəsizliyini qorumağa davam edəcək - Rişi Sunak
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya İsrailin təhlükəsizliyini qorumağa davam edəcək.

Trend-in məlumata görə, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib.

"Mən İran rejiminin İsrailə qarşı ağılsız hücumunu ən kəskin şəkildə pisləyirəm. Böyük Britaniya İsrailin və bütün regional tərəfdaşlarımızın, o cümlədən İordaniya və İraqın təhlükəsizliyini müdafiə etməyə davam edəcək", - deyə o bildirib.

O əlavə edib ki, Böyük Britaniya vəziyyəti sabitləşdirmək və daha da gərginləşməsinin qarşısını almaq üçün təcili olaraq çalışır.

Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə qarşı “Doğru Vəd” adlı əməliyyata başladığını və İsrailə onlarla PUA və raket atdığını təsdiqləyib.

Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti