Bakı. Trend:
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarları Sergey Lavrov və Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə telefonla İsrail və İran arasındakı silahlı münaqişəni müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə P.Siyarto öz "Facebook" səhifəsində yazıb.
"Mən hər iki həmkarıma dedim ki, Macarıstan ümid edir ki, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün hələ də şans var. Amma bu, o zaman mümkün olacaq ki, dünya siyasətinin bütün əsas oyunçuları qarşıdakı dövrdə məsuliyyətli davransınlar", - deyə o bildirib.