...

Parisdə İran konsulluğunu partlatmaqla hədələyən şəxs saxlanılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 19 Aprel 2024 17:56 (UTC +04:00)
Parisdə İran konsulluğunu partlatmaqla hədələyən şəxs saxlanılıb (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paris polisi kamikadze kəməri geyinmiş və İran konsulluğunu partlatmaqla hədələyən şəxsi həbs edib.

Trend xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

xxx

16:36

Parisdə kamikadze kəməri geyinmiş naməlum kişi İran konsulluğuna daxil olaraq binanı partladacağı ilə hədələyib.

Trend xəbər verir ki, bu barədə xarici KİV polisdəki mənbələrə istinadən məlumat yayıb.

"Hazırda kişi Parisin 16-cı rayonunda yerləşən İran konsulluğunun binasında gizlənib. Partladıcı quraşdırılmış kəmər geyinən kişi onu işə salacağı ilə hədələyib", - məlumatda deyilir.

Qeyd olunub ki, polis təhlükəsizlik tədbiri olaraq ərazini mühasirəyə alıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti