...

İstanbulda “Mısır çarşısı” yanır

Dünya xəbərləri Materials 15 May 2024 12:33 (UTC +04:00)
İstanbulda “Mısır çarşısı” yanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulun ən qədim qapalı alış-veriş mərkəzlərindən biri olan “Mısır çarşısı”nda yanğın baş verib.

Trend xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən briqada cəlb edilib.

İlkin məlumata görə, yanğın bazarın restoran qismində başlayaraq dam hissəsinə yayılıb.

Hazırda yanğının söndürülməsi işləri davam edir.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Qeyd edək ki, İstanbulun tarixi Eminönü səmtində yerləşən “Mısır çarşısı”nın hazırkı binası 1660-cı ildə inşa edilib. Müxtəlif ədviyyat növləri, çərəzlər, köhnə ənənəyə uyğun təbii dərmanların satıldığı bu bazar həm də nadir bitki kökləri və qabıqları kimi məhsullarla məşhurdur.

Xəbər lenti

Xəbər lenti