Bakı. Trend:
Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni kilsəsinin vergiyə cəlb olunmasını təklif edib.
Trend xəbər verir ki, Simonyan müvafiq təklifi bu gün Ermənistan parlamentində çıxışında irəli sürüb.
"Bəsdir, hisslərimiz və tariximizlə oynadınız. Artıq siyasətlə məşğul olur, diaspordan pul yığır, şərab satır, restoranlara sahib olur, lakin vergi vermirsiniz", - o deyib.
Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.
Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən aksiyalara başçılıq edir.