Bakı. Trend:
Türkiyənin Mersin vilayətində ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, bu barədə vilayətin qubernatoru Əli Həmzə Pehlivan bildirib.
Onun sözlərinə görə, qəza nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.
Qubernator bildirib ki, bazar günü axşam Mersin-Adana magistral yolunda Diyarbəkirə gedən avtobusla qarşıdan gələn zolaqda hərəkət edən yük maşını toqquşub.
Yolun hər iki istiqamətdə tamamilə bağlandığı bildirilib. Polis qəzanın səbəblərini araşdırır, versiyalardan biri sürüşkən yolda ötmə qaydalarının pozulmasıdır.