Bakı. Trend:
Dağıstanda yeddi yaşlı oğlan oyun zamanı beş yaşlı qardaşını pnevmatik tüfənglə vurub.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin respublika prokurorluğu məlumat yayıb.
Məlumata görə, hadisə Noqay rayonunun Çervlennıye Burunı kəndində baş verib.
Bildirilib ki, uşaq aldığı xəsarətlərdən vəfat edib. İnsidentlə bağlı araşdırma çərçivəsində silah dövriyyəsi, habelə yetkinlik yaşına çatmayanlara nəzarətlə bağlı qanunvericiliyin tələblərinə əməl olunması yoxlanılacaq.