...

Britaniya parlamenti seçkilər ərəfəsində işini dayandırıb

Dünya xəbərləri Materials 30 May 2024 14:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya parlamenti iyulun ümumi seçkilərlə əlaqədar mayın 30-da işini dayandırıb.

Trend Britaniya mediasına istinadən xəbər verir ki, parlamentin hər iki palatasında bütün işlər tamamlanıb. Deputat yerlərinin hamısı 2024-cü il iyulun 4-də keçiriləcək ümumi seçkilər başa çatana qədər boş qalır.

Qeyd edək ki, Britaniyada parlamentin seçkidən əvvəl buraxılması standart prosedurdur.

İyulun 9-da parlament spikerin seçilməsi və deputatların and içməsi üçün yeni tərkibdə toplanacaq. Parlamentin açılış mərasimi iyulun 17-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti