Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu Fransanın yerli telekanalına müsahibə verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Netanyahu müsahibəsində Qəzza zolağında dinc əhalinin kütləvi şəkildə öldürülməsi ilə bağlı ittihamlara münasibət bildirib.
İsrailin baş naziri qeyd edib ki, Qəzza zolağında öldürülən döyüşçülərlə dinc sakinlər arasında nisbət 1:1 təşkil edir. O, bunun müasir hərbi münaqişələr tarixində ən aşağı göstəricilərdən biri olduğunu deyib.
"Fransızlar vaxtilə Malidə səhvən toy məclisinin üzvlərini öldürüblər, lakin prezident Emmanuel Makronu qatil adlandırmırlar", - o deyib.
Məlumata görə, Fransa hərbçilərinin 2021-ci ildə Malidə keçirdiyi əməliyyatı nəzərdə tutub. Toy mərasiminə olunan hücum nəticəsində 22 nəfər qətlə yetirilmişdi. Paris öldürülənlərin hamısının terrorçular olduğunu bildirib. BMT-nin araşdırması nəticəsində məlum olub ki, öldürlənlərdən 19-u terrorla əlaqəsi olmayan mülki şəxslər olub. Fransa istintaqın nəticələrini rədd edərək, onları qərəzli adlandırıb.