Bakı. Trend:
Niderland Ukraynaya göndərməyi planlaşdırdığı "F-16" qırıcılarının Rusiya ərazisində istifadəsini qadağan etməyəcək.
Trend xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren "Politico" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna "F-16" qırıcılarını Niderlanddan təhvil aldıqdan sonra onların istifadəsinə dair özü qərar verə biləcək.
"Niderland Belçikadan fərqli olaraq qırıcıların istifadəsinə məhdudiyyət tətbiq etmir", - o deyib.
Nazir əlavə edib ki, Amsterdam Kiyevi beynəlxalq hüquqa və BMT-nin özünümüdafiə hüququna dair müddəalarına riayət etməyə çağırır.
Qeyd edək ki, mayın 31-də Ağ Evin yaydığı məlumata görə, Belçika Ukraynanın onun silahlarından, o cümlədən "F-16" qırıcılarından öz ərazisindən kənarda istifadəsinə icazə verməyəcəyini bildirib.