...

Ermənistan hökumətinin iclası təxirə salındı

Dünya xəbərləri Materials 13 İyun 2024 10:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hökumətinin bugünkü iclası təxirə salınaraq, sabaha keçirilib.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

"Baş nazir Nikol Paşinyan bu gün parlamentdə 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirələrdə iştirak edəcək. Bu səbəbdən bu gün saat 11:00-da keçirilməli olan hökumət iclası cümə günü, 14 iyuna keçirilib", - Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.

Bir qədər əvvəl Ermənistanda etirazçıların aksiya keçirmək üçün hökumət binasına doğru irəlilədiyi qeyd olunub.

Qeyd edək ki, bu gün səhərdən etiraz aksiyasının iştirakçıları artıq İrəvanda Respublika meydanında, Hökumət Evinin qarısında toplanıb. Ərazidə polis kordonları da var.

Dünən məlum olub ki, İrəvanda polis parlament binası yaxınlığında etirazçılara qarşı səs-küylü qumbaralardan istifadə edir. Etirazçılardan birinin biləyi qopub.

Ermənistanda etirazlar aprelin ortalarından keçirilir. Hərəkat "Vətən naminə Tavuş" adını alıb, etiraz iştirakçıları arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə İrəvana yürüşə başlayıb. Qalstanyan həmçinin müxalifətin Paşinyana qarşı impiçment proseduruna başladığını bildirib.

Paşinyan hələ may ayında kilsəni təsir agenti adlandırıb və yaxın aylarda bu problemi həll edəcəyini bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti