...

Fransada siyasi qeyri-sabitlik getdikcə güclənir - KİV

Dünya xəbərləri Materials 18 İyun 2024 11:50 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransada siyasi qeyri-sabitlik getdikcə güclənir.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyində nəşr olunan məqalədə deyilir.

Nəşrin məlumatına görə, buna Makronun parlamenti buraxması səbəb olub.

Qeyd olunub ki, həmçinin, Fransa prezidentinin Ukraynaya 3,2 milyard dollar dəyərində yardım ayrılmasına dair vədi ilə bağlı da suallar yarana bilər.

Qeyd edək ki, bu yaxınlarda “Europe1”, “CNews” və “Le Journal du Dimanche” kimi media orqanlarının sifarişi ilə keçirilmiş sosial sorğunun nəticələrinə görə, fransızların 57 faizi Prezident Emmanuel Makronun istefasını istədiyi məlum olub.

Belə ki, Fransada bütün yaş qrupları arasında aparılan sorğu iştirakçılarının 57 faizi növbədənkənar parlament seçkilərində Makronun partiyasının növbəti dəfə uğursuzluğa düçar olacağı təqdirdə, prezidentin istefa verməli olduğunu bildiriblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti