...

Türkiyədə əkin sahələrində yanğın baş verib

Dünya xəbərləri Materials 21 İyun 2024 04:16 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Diyarbəkir vilayətinin Çinar və Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahələrində yanğın baş verib.

Trend xəbər verir ki, əraziyə yanğınsöndürənlər, Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Yanğın nəticəsində 5 nəfər ölüb, daha 44 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti