Bakı. Trend:
Yeni Zelandiyanın Şimal və Cənub adaları arasında hərəkət edən sərnişin bərəsi quyruq rotorunun qırılması səbəbindən sahilə çırpılıb.
Trend-in məlumatına görə, bu barədə "Radio New Zealand" radiostansiyası bildirib.
Məlumata əsasən, qəza zamanı "Aratere" bərəsinin göyərtəsində 8 sərnişin və 39 ekipaj üzvü olub. Onların hamısı sağ-salamat sahilə çıxa biliblər.