...

Belarus hökumətində kadr dəyişiklikləri olub

Dünya xəbərləri Materials 27 İyun 2024 19:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 27-də hökumətdə bir sıra kadr dəyişiklikləri edib.

Trend xəbər verir ki, bu barədə Belarus KİV məlumat yayıb.

Belə ki, Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy Belarus prezidentinin administrasiyasının rəhbəri təyin olunub. Krutoyun birinci müavini vəzifəsinə isə Natalya Petkeviç təyin edilib.

Ölkənin Rusiyadakı səfiri isə Aleksandr Roqojnik təyin edilib. Roqojnik bundan əvvəl Belarusun sənaye naziri vəzifəsində çalışıb.

Belarusun yeni sənaye naziri isə bundan əvvəl sənaye nazirinin müavini vəzifəsini tutan Aleksandr Yefimov təyin olunub.

Belarus prezidenti həmçinin yeni xarici işlər naziri vəzifəsinə Maksim Rıjenkovu təyin edib. Keçmiş XİN başçısı Sergey Aleynik isə Respublika Şurasının üzvü təyin edilib.

Lukaşenkonun qərarı ilə Yuri Şuleyko Belarus baş nazirinin müavini təyin olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti