Bakı. Trend:
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə edilib.
Türkiyə lideri ikitərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.
Qeyd edilir ki, Ərdoğan Məsud Pezeşkianı seçkilərdə qələbə münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.