...

Türk Hava Yolları ötən ay 7,8 milyon sərnişin daşıyıb

Dünya xəbərləri Materials 10 İyul 2024 07:01 (UTC +04:00)

Bakı. Trend:

Türk Hava Yolları (THY) ötən ay 7,8 milyon sərnişin daşıyıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə şirkətin 2024-cü ilin iyun ayı trafik nəticələrinə qeyd edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə daşınan sərnişin sayını 7,4 faiz artıraraq 7,8 milyona çatdıran THY-nin beynəlxalq doluluq nisbəti 81,7 %, daxili doluluq nisbəti isə 87,5 % olub.

2023-cü ilin iyun ayında beynəlxalq transfer sərnişinlərinin sayı 2,4 milyon olduğu halda, bu ilin eyni dövründə 11,3 faiz artaraq 2,6 milyona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti