...

Xakerlər Cənubi Afrika nazirliyindən 16 milyon dollardan çox pul oğurlayıblar

Dünya xəbərləri Materials 10 İyul 2024 21:35 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Afrika Respublikasında rəqəmsal texnologiyadan istifadə edən hakerlər və dələduzlar son 10 il ərzində Afrika ölkəsinin İctimai İşlər və İnfrastruktur Nazirliyindən 300 milyon rand (16,6 milyon dollar) oğurlayıblar.

Trend-in məlumatına görə, bu barədə iyunun 30-da nazirliyə rəhbərlik edən Din Makferson auditin ilk nəticələrinə dair brifinqdə deyib.

"Yoxlamalar davam etdirildiyi üçün irkiləe daha çox ola bilər", - deyə o bildirib. D.Makferson deyib ki, nazirliyə ən son kiberhücumlar may ayında baş verib. Daha sonra, onun sözlərinə görə, cinayətkarlar 24 milyon rand (1,3 milyon dollar) oğurlayıblar.

O, xakerlərin nazirlik şəbəkələrini sındırmaq üçün getdikcə daha çox süni intellektdən istifadə etdiyini istisna etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti