...

Rusiya və Macarıstan XİN rəhbərləri neft və qaz tədarükünü müzakirə ediblər

Dünya xəbərləri Materials 17 İyul 2024 02:13 (UTC +04:00)

Bakı. Trend:

Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukrayna ərazisindən tranzit dayandırıldıqdan sonra neft və qaz tədarükünü müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Peter Siyarto jurnalistlərə açıqlamasında deyib.

“Biz Rusiyadan Macarıstana təhlükəsiz qaz və neft tədarükü məsələsini müzakirə etdik. Biz tədarükü bərpa etməyə imkan verəcək hüquqi həll üzərində işləyirik, çünki Rusiya nefti bizim enerji təhlükəsizliyimiz baxımından vacibdir”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti