Bakı. Trend:
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanla İranın yeni seçilən prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verir.
Telefon söhbətində Səudiyyə Ərəbistanı vəliəhdi İran prezidentini prezident seçilməsi münasibəti ilə təbrik edib.
İki ölkə rəsmiləri Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin möhkəmlənməsindən məmnun qaldığını və bu əlaqələrin daha da möhkəmlənməsinin vacibliyini qeyd ediblər.