...

Lukaşenko edam cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Krigeri əfv edib

Dünya xəbərləri Materials 31 İyul 2024 05:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 30-da Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigeri əfv edib.

Trend xəbər verir ki, bu barədə BELTA agentliyinə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

"Belarus prezidenti Aleksandr Lukaşenko Almaniya vətəndaşı Riko Krigeri əfv etməyə qərar verib. Dövlət başçısı bütün hallar nəzərə alınaraq bu qərarı qəbul edib," - deyə agentlik məlumat verib.

Qeyd edək ki, iyulun 20-də “Reuters” Ukraynada Rusiyaya qarşı döyüşlərdə iştirak edən Almaniya vətəndaşının Belarusda edam cəzasına məhkum edildiyini xəbər vermişdi. Məlum olub ki, Belarus məhkəməsi iyunun sonunda 30 yaşlı Krigeri Cinayət Məcəlləsinin altı maddəsi ilə məhkəməyə çıxarıb. Onun 2023-cü ilin noyabrından həbsdə olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti