...

Hakan Fidan Efiopiyaya rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 3 Avqust 2024 08:18 (UTC +04:00)
Hakan Fidan Efiopiyaya rəsmi səfər edəcək

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan Efiyopiyaya səfər edəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN sosial media hesabından paylaşım edilib.

Hakan Fidan Əddis-Əbəbədəki təmasları çərçivəsində Efiopiyanın baş naziri Abiy Əhməd Əli və Efiopiyanın xarici işlər naziri Taye Selassie ilə görüşəcək.

Görüşlərdə Türkiyə-Efiopiya əlaqələri və regional məsələlər dəyərləndiriləcək.

Məlumat üçün qeyd edək ki, Türkiyə birbaşa xarici investisiyaya görə Efiopiyada ilk dördlüyə daxildir.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 27 may 2024-cü il tarixində İstanbulda keçirilən Türkiyə-Efiopiya Biznes Forumunda Efiopiyadan 70, Türkiyədən isə 250 şirkət iştirak etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti