...

Böyük Britaniyada iğtişaşlar nəticəsində onlarla şəxs həbs edilib

Dünya xəbərləri Materials 4 Avqust 2024 06:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şənbə günü Böyük Britaniyanın müxtəlif şəhərlərində keçirilən anti-immiqrant etirazları zamanı onlarla insan saxlanılıb.

Trend xəbər verir ki, Britaniya mediası Sautportda üç uşağın öldürülməsindən sonra ifrat sağçı qrupların təşkil etdiyi etiraz aksiyalarının bir çox yerdə polislə toqquşmalar və talanlarla nəticələndiyini bildirib.

Polisin yaydığı məlumata görə, Lankaşirdə 20, Staffordşirdə 10, Liverpulda 6, Kinqston-apon-Hallda 4, Harlepulda isə 11 və 14 yaşlı iki yeniyetmə zorakılıq tətbiq etdikləri üçün saxlanılıb.

İğtişaşların axşam saatlarına qədər davam etdiyi Bristolda çoxlu etirazçının həbs edildiyi bildirilir. Belə aksiyalarda polis adətən müşahidə kameralarından istifadə edir və sonrakı günlərdə həbslərin sayı artmaqdadır.

Mançesterdəki etirazlar zamanı bir qrup şəxs ərzaq mağazasını, Liverpulda isə mobil telefon mağazasını qarət edib. Belfastda avtomobil və kafe yandırılıb, Kinqston-apon-Hallda isə bir neçə mağazanın şüşələri sındırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti