Bakı. Trend:
Böyük Britaniyada iğtişaşlar başlayandan bəri 380-ə yaxın şəxs saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə Milli Polis Rəisləri Şurasının rəhbəri Gavin Stevens bildirib.
O vurğulayıb ki, polis vətəndaşların təhlükəsizliyini qorumaq üçün mümkün olan hər şeyi edir. “Bu, lazımsız zorakılıqdır və biz Vətəndaşlara Məsləhət Bürosu və kitabxana kimi mühüm icma mərkəzlərin tamamilə məhv edildiyini gördük", - deyə Stevens söyləyib.
Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərinin birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.