Bakı. Trend:
Gürcüstan prezidenti Salome Zurabişvili keçmiş prezident Mixail Saakaşvilini əfv edə bilər.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, Saakaşvili Zurabişvilinin prezident postunda qalması üçün çalışıb.
"Vahid Milli Hərəkat" onu o səbəbdən saxlayıb ki, onlar lazım biləndə əfv fərmanı versin. Burada təəccüblü nə var ki? Prezident Niku Qvaramiyanı əfv edib, Saakaşvilini əfv etmək çətin olmayacaq", - o deyib.