Bakı. Trend:
Yaponiyada 6.9 bal gücündə zəlzələ baş verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, zəlzələ Küsü adasının cənubunda qeydə alınıb.
Qeyd edilir ki, Sunami xəbərdarlığı elan edilib. Miyadzaki və Koti prefekturalarında dalğaların hündürlüyü 1 metrə çata bilər.