Bakı. Trend:
Tayvan silahlı qüvvələri bir gündə Çin Xalq Respublikasının 18 təyyarəsi və 9 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, 12 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb və cənub-şərq hissəsində hava hücumundan müdafiə qüvvələrinin eyniləşdirmə zonasına daxil olub.
Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verdi.
Tayvan 1949-cu ildən, Çan Kayşi (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra oraya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.