Bakı. Trend:
Yaponiyanın baş naziri Fumio Kişida Yapon adaları ərazisində zəlzələ təhlükəsi səbəbindən avqustun 9-da Astanaya planlaşdırılan səfərini təxirə salıb.
Trend Qazaxıstan Respublikasının mediasına istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.
Yaponiya Meteorologiya Agentliyi Nankai qırılma zonasında potensial güclü zəlzələ barədə xəbərdarlıq edib.
Fumio Kişida avqustun 9-10-da Qazaxıstana ikigünlük rəsmi səfər etməyi planlaşdırırdı.