Bakı. Trend:
Somalidə terrorçuların hökumət qüvvələrinə məxsus avtomobili partlatması nəticəsində azı 12 nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Somalinin cənubunda, yol kənarında hökumət qüvvələrinin pikapını hədəf alan partlayış nəticəsində azı 12 nəfər həlak olub, 9 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti “Əl-Şəbab” qruplaşması üzərinə götürüb.