...

Taylandın yeni baş naziri and içib

Dünya xəbərləri Materials 18 Avqust 2024 15:11 (UTC +04:00)

Bakı. Trend:

Taylandın "Phıa Thai" Partiyasının lideri Petonqtarn Çinavat bu gün ölkə hökumətinin başçısı kimi and içib.

Trend xəbər verir ki, bu barədə "The Associated Press" agentliyi xəbər verib.

Məlumata əsasən, P.Çinavat krala, Tayland xalqına və parlament üzvlərinə təşəkkür edərək, deyib ki, "öz vəzifələrini qərəzsiz yetirəcəyini və Taylandın ölkə xalqının xəyal qurmasına, yaratmasına və gələcəklərini yaxşılaşdırmaq üçün səy göstərməsinə imkan verən bir məkana çevrilməsini təmin etməyə çalışacaq".

Qeyd edək ki, avqustun 16-da parlamentin 319 üzvü onun namizədliyinin lehinə, 145-i əleyhinə, 27-si isə bitərəf qalıb. O, baş nazir postuna yeganə namizəd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti