...

Keçmiş UFC çempionu Makqreqor İrlandiya prezidentliyi uğrunda mübarizə aparacağını açıqlayıb

Dünya xəbərləri Materials 6 Sentyabr 2024 00:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Keçmiş Ultimate Fighting Championship (UFC) çempionu Konor Makqreqor gələn il İrlandiya prezidentliyi uğrunda mübarizə aparacağını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə o, öz şəxsi X hesabında yazıb.

“İrlandiyanın bütün İrlandiya xalqının seçdiyi fəal prezidentə ehtiyacı var. Və həmin şəxs, mənəm. Mən yeganə məntiqli seçiməm. 2025-ci il artıq yaxınlaşır”, - idmançı X-də yazıb. 2023-cü ilin dekabrında Makqreqor artıq öz namizədliyini irəli sürə biləcəyini elan etmişdi. Son aylarda döyüşçü immiqrantların ölkəyə nəzarətsiz daxil olmasına görə hakimiyyəti fəal şəkildə tənqid edir.

İrlandiyanın prezidenti 83 yaşlı Maykl Hiqqinsdir. O, iki dəfə prezident seçkilərində qalib gəlib: 2011 və 2018-ci illərdə. İrlandiya Konstitusiyasına görə, bir vətəndaş iki dəfədən artıq prezident ola bilməz. Respublika başçısı üçün növbəti seçkilər 2025-ci ildə keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti