Bakı. Trend:
Mumbay-Münhen marşrutu üzrə uçan Hindistanın “Vistara” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Türkiyənin Ərzurum hava limanına təcili eniş edib.
Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
BQeyd edilir ki, buna səbəb təyyarənin göyərtəsinə bomba qoyulması ilə bağlı yayılan məlumat olub. Pilotun tələbi ilə bütün sərnişinlər təyyarədən endirilib. Hazırda təyyarədə mütəxəssislər axtarış aparır.
Ərzurum hava məkanının uçuşlara bağlanıldığı bildirilib.