...

İsrail ordusu "İslami Cihad"ın iki batalyon komandirinin ləğv edildiyini açıqlayıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2024 19:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbçiləri Qəzza zolağında radikal Fələstin "İslami Cihad" hərəkatının iki batalyon komandirini öldürüb.

Bu barədə Trend İsrail KİV-lərinə istinadən məlumat yayıb.

Deyr əl-Bələh şəhərinin cənubunda radikal batalyona komandirlik edən və 7 oktyabr 2023-cü ildə İsrailə radikal hücum zamanı ona nəzarət edən Abdullah Xatib və Deyr əl-Balahın şərqində İslami Cihad batalyonuna komandanlıq edən Hatəm Əbu əl-Cadian aradan qaldırıldı.

Hər ikisi hədəfə alınmış hava hücumu nəticəsində məhv edilib. Hücum zamanı radikallar İslami Cihad və HƏMAS hərəkatının silahlı qruplaşmalarının üzvlərinin istifadə etdiyi qərargahda olublar. Bu qərargah Deyr əl-Bələh humanitar zonasının ərazisində yerləşirdi.

Hücumdan əvvəl "mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün çoxlu tədbirlər, o cümlədən dəqiq idarə olunan hərbi sursatların istifadəsi, havadan müşahidə və əlavə kəşfiyyat məlumatlarının toplanması, keçirildi", - ordu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti