Bakı. Trend:
Əlcəzairin Seçki Komissiyası ölkənin hazırkı prezidenti Abdelmacid Tebbunun ikinci dəfə prezident seçildiyini elan edib.
Trend-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, Tebbun seçkilərdə səslərin 94 faizindən çoxunu qazanıb. Onun rəqibləri islamçı Abdelali Həsəni Şerif və sosialist nümayəndəsi Yusif Auşiş müvafiq olaraq 3 faiz və 2,1 faiz səs toplayıblar.
Qeyd edək ki, sentyabrın 7-də Əlcəzairdə keçirilən prezident seçkilərində Seçki Komissiyasının məlumatına görə, 24 milyon seçicidən yalnız 6 milyondan azı səsvermədə iştirak edib.