Bakı. Trend:
Konqo Respublikasından iki idmançı 2024-cü ilin Paris Paralimpiya Oyunlarından sonra milli komandanın yerləşdiyi yerə qayıtmayıb.
Trend bu barədə xatici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, itkin düşənlər arasında nizə atıcısı Mirey Nqanqa və qaçışçı Emmanuel Muambako ilə onun bələdçisi yer alır.
Konqo nümayəndə heyətinin rəhbəri bildirib ki, atletləri son olaraq paralimpiya kəndində görüblər və sentyabrın 5-dən sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb.
Fransız prokurorluğu hadisənin müxtəlif versiyalarını araşdırır və qaçma ehtimalını da istisna etmir.
Qeyd edək ki, XVII Yay Paralimpiya Oyunları Fransanın paytaxtında 8 sentyabr tarixində başa çatıb.