...

Mərakeş kralı 638 nəfəri əfv edib

Dünya xəbərləri Materials 16 Sentyabr 2024 22:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mərakeş kralı VI Məhəmməd Mövlud ən-Nəbi bayramı – Məhəmməd peyğəmbərin doğum günü münasibətilə 638 məhkumu əfv etmək qərarına gəlib.

Trend-in Mərakeş mətbuatına istinadən yaydığı məlumata görə, əfv olunan şəxslər müxtəlif cinayətlərə görə əvvəllər məhkum edilmişdilər. Bu addım humanizm və mərhəmət prinsiplərinə uyğun olaraq həyata keçirilib və bayramın mənəvi əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.

Əfv olunan məhkumların bir qismi həbs müddətindən azad ediləcək, digərləri isə cəza müddətinin qısaldılması və ya cərimələrin ləğv edilməsi ilə azadlığa buraxılacaq. Mərakeşdə bu cür əfv tədbirləri ənənəvi olaraq dini və milli bayramlar zamanı həyata keçirilir və cəmiyyətin birliyinə töhfə verməyi hədəfləyir.

Xəbər lenti

Xəbər lenti